Xuraman Muradova

Xuraman Muradova - Çarəsiz

Poeziya 22 May 2026 2305
Xuraman Muradova - Çarəsiz

Xuraman Muradova - Çarəsiz

Uçur ruhum uzaqlara, məkansızlıq, qəriblikdir,
Qanad açmış könül mülkü, uça bilməz, çarəsiz.
Gecənin bağrı çatlayır, fəğan eylər sökülən dan,
Ümid can üstə can verir, sönür hər anı, çarəsiz.
Gözün diksən bir ümidə, o da bir anlıq ilğımdır,
Bütün yollar düyünlənir, kəsilir imkan, çarəsiz.
Nə bir səs var, nə bir hay var, sükut sarmış bu dünyanı,
Dodaq susmuş, dil alovlu, daxildə tufan, çarəsiz.
Xəyal göydə qanad çalsa, ayaq yerdə zəncirlənib,
Könül mülkü talan olmuş, odlanıb yanan, çarəsiz.
Əlac tapmır bu dərdlərə nə bir loğman, nə bir çarə,
Təbib aciz, dərman aciz, gözdən yaş axır çarəsiz.
Can söyləyib hər anına yaxşılıqlar bəxş etdiyin,
Elə bir xəyanət edər, baxıb qalarsan çarəsiz.
Nankora sən neyləsən də, qədrini bilməz əsla o,
Yaxşılığın boşa gedər, sızlar varlığın, çarəsiz.
Yazıq olar o illərə, zəhmətin hədərə gedər,
Ömür boyu ocaq kimi ürəyin yanar, çarəsiz.
Xuraman, bu necə dərddir? Can evindən vurdu xain,
Daşa dəydi bütün ümid, sındı o peyman, çarəsiz.
Oxucu rəyləri

Rəy yaz

islam

kalb ler sadece Allahı annmakla huzur bulur

“Mən hər kəs kimi görünə bilərəm… amma hər kəs kimi deyiləm”
- Xuraman Muradova