Xuraman Muradova

Xuraman Muradova - Yaralanar

Poeziya 22 Jun 2026 8
Xuraman Muradova - Yaralanar

Xuraman Muradova - Yaralanar

Kəlam bıçaq olsa, kəsilər nəfəs,
Cana qubar qonar, dil yaralanar.
Baxış soyuq olsa, qırılar həvəs,
Könül mülkü yanar, qəlb yaralanar.

Ruhunda daha çox sevgi gözlərsən,
Bir doğru sevgiyə ümid bəslərsən.
Sevdiyin insandan soyuqluq görsən,
Ruhun incik qalar, qəlb yaralanar.

Zaman bir aynadır, süzər ömrünü
Əridər sinədə ən sərt dəmiri.
Fələk hökm edəndə gizli əmrini
Ömür payız olar, il yaralanar.

Həqiqət gizlənər maska dalında,
Ruh da özgələşər öz iqbalında.
Bir gerçək sevginin xoş kəmalında,
Dünya çiçəklənər, könül canlanar.

Oxucu rəyləri

Rəy yaz

Hələ təsdiqlənmiş rəy yoxdur.

“Bəzi insanlar həyatımızdan gedər… xatirələri isə bizimlə qalar.”
- Xuraman Muradova