Xuraman Muradova

Xuraman Muradova - Bir Ömür “Balam”

Poeziya 05 Aug 2026 169
Xuraman Muradova - Bir Ömür “Balam”

Xuraman Muradova - Bir Ömür “Balam”

Bir Ömür “Balam”

Ana susdumu,  - evdə
Divarların rəngi, 
Könüllərin səsi dəyişər.
Süfrədə boş bir yer qalar,
Çörək belə soyuyar...

Övlad getdimi, ana - 
Pəncərəni bağlamaz.
Qapıya düşən hər kölgədə
Onu axtarar, yorulmaz.

Ana yaşlandımı 
Zaman saçlarına
Qar yağdırar. 
Ürəyində isə hələ də
Körpə bir ad yaşayar.

Xuraman deyər:
Zaman keçər,
Övlad  böyüyər...
Ana gözləməkdən 
zövq alar,
Övlad yaşa dolar…
Ana isə ömrü boyu 
“Balam” deyə yaşayar.

Oxucu rəyləri

Rəy yaz

Hələ təsdiqlənmiş rəy yoxdur.

“Güvən bir şüşə kimidir; sənin bir anlıq laqeydliyin, başqasının bir ömürlük inamını qıra bilər.”
- Xuraman Muradova