Xuraman Muradova

SƏNDƏN ELƏ KÜSƏRƏM

Poeziya 17 Feb 2025 710
SƏNDƏN ELƏ  KÜSƏRƏM

SƏNDƏN ELƏ KÜSƏRƏM

Mən elə küsərəm səndən, əzizim,
Bir daha üzümü görə bilməzsən.
Mən elə küsərəm səndən əzizim, 
İstəsən də geri dönə bilməzsən.

Sənə olan sevgim sonsuz olsa da, 
Danışa bilməzsən, dinə bilməzsən.
Yanarsan qəlbində sən için- için, 
Dərdini kimsəylə bölə bilməzsən.

Mən elə küsərəm səndən əzizim,
Durnalar ağlayar göyün üzündə.
Gözü yaşlı qalan bu sevdamızın,
Zülmətə çevrilər dünya gözündə.

Son payızda  əsənsoyuq küləklər, 
Aparar sevgimi cox uzaqlara.
Fikrin bir nöqtədə ilişib qalar, 
Gözlərin tikilər uzaq yollara.

Mən elə küsərəm səndən əzizim, 
Bulud tək hönkürər sevda yağışın.
Qalarsan hicranın ümidlərində, 
Dikilər yollara həsrət baxışın.

Oxucu rəyləri

Rəy yaz

Hələ təsdiqlənmiş rəy yoxdur.

<p>Bir gün geriyə baxanda anlayacaqsan ki,<br>ən gözəl günlərin sahib olduqların deyil, hiss etdiklərin olub.</p>
- Xuraman Muradova