Xuraman Muradova

Xuraman Muradova: Bir dua qapılar açar, ya Rəbbim!

Poeziya 27 Dec 2025 224
Xuraman Muradova: Bir dua qapılar açar, ya Rəbbim!

Xuraman Muradova: Bir dua qapılar açar, ya Rəbbim!

Nə var-dövlət qalar, nə də alqışlar,

Bir dua yetər ki, ruhum şad olsun.

İnsan bu dünyada yolçudur, ya Rəbb,

Xeyir əməllərlə ruh abad olsun.


Könül qırmaq gərək deyil dünyada,

Bir salam, təbəssüm qoy qalsın geri.

Əmanətdur mal da, mülk də əslində,

Qul Rəbbindən utansın, dursun geri.


Şöhrət külək kimi əsər, sovrular,

Adlar unudular, izlər silinər.

Qəlbində olanlar axirət yolu,

Haqq qatında hər niyyətin bilinər.


Bir yaxşılıq səssiz göylərə qalxar,

Bir dua qapılar açar, Ya Rəbbim.

Mən Səndən halallıq istərəm təkcə,

Qalmayım yolunda naçar, Ya Rəbbim.

Oxucu rəyləri

Rəy yaz

Hələ təsdiqlənmiş rəy yoxdur.

“Güvən bir şüşə kimidir; sənin bir anlıq laqeydliyin, başqasının bir ömürlük inamını qıra bilər.”
- Xuraman Muradova