Xuraman Muradova

Xuraman Muradova - QARTAL YARALANARSA

Poeziya 18 Aug 2026 153
Xuraman Muradova - QARTAL YARALANARSA

Xuraman Muradova - QARTAL YARALANARSA

QARTAL YARALANARSA

Xuraman Muradova


Sərçə göydə olar sərdar,
Qarğa mülkə olar muxtar — qartal yaralanarsa.
Qorxanlar olar aşkar,
Onu sərçə sanar şikar — qartal yaralanarsa.
Çaqqal düzdə qurar bazar,
Tülkü meşədə hökmdar — qartal yaralanarsa.
Göy üzünə çökər qubar,
Çəmənlərdə solar bahar — qartal yaralanarsa.
Uca zirvələr qan ağlar,
Dağlar edər min ahü-zar — qartal yaralanarsa.
Xuraman, ruhunda od var,
Ürək də, qəlb də sızıldar — qartal yaralanarsa.
Qartal yaralanarsa

Oxucu rəyləri

Rəy yaz

Hələ təsdiqlənmiş rəy yoxdur.

“Allah qəlbindən keçəni bilir… yetər ki, ümidini itirmə.”
- Xuraman Muradova