Xuraman Muradova

Xuraman Muradova "Bayrağım"

Poeziya 16 Oct 2025 1004
Xuraman Muradova "Bayrağım"

Xuraman Muradova "Bayrağım"

Baxıb qürur duyduğum, 

Şərəfimsən, Bayrağım!

Sən sinəmdə çırpınan,

Ürəyimsən, Bayrağım!


Savaşlar meydanında

Əyilməzlik simvolum.

Müqəddəslik adında

Sən atəşim, alovum.


Sən vətənin özüsən!

Yaşa, ucal Bayrağım!

Bu yüksəlişinlə sən

Sevin, öc al, Bayrağım!


Zirvələrdə dalğalan,

Qartal duruşunla sən!

Dünyanı heyran qoyan

Nurlu işığınla sən!


Ay, Ulduzlu səmamda,

Göy qurşaqlı Bayrağım!

İslamın haqq səsisən  

Yaraşıqlı Bayrağım!


Şəhid adım var səndə, 

Qəhrəman soyadımsan.

Sən mənim türk dünyamda 

Azərbaycan adımsan!


Həqiqətin gözüylə

Sən Zəfər çal, Bayrağım!

Vüqarınla hər zaman

Yüksəl, ucal, Bayrağım!

Yüksəl, ucal  Bayrağım!

Oxucu rəyləri

Rəy yaz

Hələ təsdiqlənmiş rəy yoxdur.

“İnsan ən çox çıxış yolu qalmayanda dua ilə güclənər.”
- Xuraman Muradova