Xuraman Muradova

Xuraman Muradova - Ürək də susar tamam.

Poeziya 02 Sep 2026 55
Xuraman Muradova - Ürək də susar tamam.

Xuraman Muradova - Ürək də susar tamam.

Ömrün solub gedən bağı xəzan olub axar gedər,
Hicran odu sinələri gizli-gizli yaxar gedər,
Bəxt insana uzaqlardan yad nəzərlə baxar gedər,
Könül yorğun düşdüyü an ürək də susar, tamam.

Ötən günlər xatirətək yaddaşlarda yanar belə,
Soyuq yellər əsən zaman arzu-dilək donar belə,
Köhnə yara təzələnib sızıldayar, qanar belə,
Könül yorğun düşdüyü an ürək də susar, tamam.

Dərd əlindən düşüncələr dumanlarda azar hər an,
Xəzan vurar, qara yellər gülüstanı pozar hər an,
Zaman sanki ömürlərdə dərd cığırı qazar hər an,
Könül yorğun düşdüyü an ürək də susar, tamam.

Oxucu rəyləri

Rəy yaz

Hələ təsdiqlənmiş rəy yoxdur.

“Mən hər kəs kimi görünə bilərəm… amma hər kəs kimi deyiləm”
- Xuraman Muradova