Xuraman Muradova

Xuraman Muradova - GECƏ DARIХMAĞIN UZUN YOLUDUR

Poeziya 28 Sep 2026 741
Xuraman Muradova - GECƏ DARIХMAĞIN UZUN YOLUDUR

Xuraman Muradova - GECƏ DARIХMAĞIN UZUN YOLUDUR

Gündüzün səsində ürək yorulur,
Gecə dünya qaranlığa bürünür.
Ay düşür könlümə, ruhum durulur,
Susmuş xəyallarım gözə görünür.

Günəş hər səhər yenidən doğulur,
Ayınsa min illik sirri, sözü var.
Ən gözəl sevgilər gecə danışar,
Hər gecə Ayın da bir arzusu var.

Bəzi sevgilər var, günə sığmayır,
İşıqdan gizlənib gecəyə qaçır.
Bir pəncərə, bir Ay, bir də xatirə,
Sükutun içində min çiçək açır.

Ən gözəl şeirlər gecə yazılır,
Həsrətin göz yaşı qəlbə süzülür.
Bir ad ürəyimə səssiz yazılır,
Gecənin qoynunda sevgi çözülür.

Gecə darıxmağın uzun yoludur,
Bir üz göz önünə gəlib dayanır.
İnsan anlayır ki, dərin şeirlər
Sakit, qaranlıq gecədə yaranır.

Oxucu rəyləri

Rəy yaz

Hələ təsdiqlənmiş rəy yoxdur.

“Qəlbimdən keçənləri hər kəs bilməz… çünki mən susaraq yaşamağı seçdim.”
- Xuraman Muradova