Xuraman Muradova

Ayasofiyam… Ayasofiyam…

Poeziya 17 Feb 2025 521
Ayasofiyam… Ayasofiyam…

Ayasofiyam… Ayasofiyam…

Allahu Akbər, deyirəm, 
Ruk edib səcdə edirəm
Sənin ücün dua edirəm,
Üzərinə olsun Salam
Ayasofiyam, Ayasofiyam…

Peyğəmbərimin nur üzü,
Fatehi Mehmetin  özü,
Sən ruhumun görən gözü, 
Gönlüm səndən alar ilham
Ayasofiyam, Ayasofiyam…

Hardan baxsam görrəm səni,
Sən eyy dünyanın gözəli
Hüriiyyətimin əzəli, 
Sən Rabbimizden bir nişan
Ayasofiyam, Ayasofiyam.

Toprağında səcdə izi,
Tariximin ulus izi,
Nəfəsində rəhmət sözü
Sən eyy ürəklərdə qalan
Ayasofiyam… Ayasofiyam…

Uca səs gəlir göylərdən,
Dəstə dəstə mələklərdən,
Aləmlərin tək Rəbbindən,
Üzərinə olsun, Salam
Ayasofiyam, Ayasofiyam.

Bu şeri söylər Xuraman,
Dualarım senle her an, 
Can Azərbaycandan salam
Canım olsun sana qurban,
Ayasofiyam Ayasofiyam…

Oxucu rəyləri

Rəy yaz

Hələ təsdiqlənmiş rəy yoxdur.

“Qəlbimdən keçənləri hər kəs bilməz… çünki mən susaraq yaşamağı seçdim.”
- Xuraman Muradova