Xuraman Muradova

Xuraman Muradova - Yorar insanı

Poeziya 21 Jun 2026 99
Xuraman Muradova - Yorar insanı

Xuraman Muradova - Yorar insanı

Ağır xatirələr, bitməyən hisslər,
Dolaşar beynində dumanlar, sislər.
Çiyində daşınan o quru izlər –
Qəlbdə olmayanlar yorar insanı.

Gözünü dikdiyin uzaq yollarda,
Ümidlər can verər soyuq qollarda.
Solan çiçəklər tək quru kollarda,
Səssizcə duyğular yorar insanı.

Saxta söz danışar, saxta gülərlər,
Ən ülvi duyğunu bir gün silərlər.
Etibar qazanar, sonda gedərlər,
Ən çox sevdiklərin yorar insanı.

Dərd özü yormaz ki, keçir zamanı,
Yoran dərdlər deyil, onun insanı.
Qəlbində iz qoyan hər bir nişanı,
Dərdin səbəbləri yorar insanı.

Zamanla sağalmaz daxili yaran,
Üzünə baxarsan, hər əhdi yalan.
Ömrünü beləcə əlindən alan,
Bitib-tükənməzlər yorar insanı.

Oxucu rəyləri

Rəy yaz

Hələ təsdiqlənmiş rəy yoxdur.

“Qəlbimdən keçənləri hər kəs bilməz… çünki mən susaraq yaşamağı seçdim.”
- Xuraman Muradova