
Xuraman Muradova - YOXLUĞUN SƏHƏRİ
Bir gün gələr, günəş doğar, gözlərin bağlı,
Dəyərini bilmədiyin ən qiymətli var gedər.
Sanki heç olmamış tək silinər bütün izlər,
Yoxluğuna oyanarsan, bitər bütün ümidlər...
Bir ürək susub gedər, dünya sənə dar gələr.
İllərlə duymadığın o isti nəfəs gedər.
Qiymətin bilmədiyin o kiçik xoşbəxt anlar,
İndi bir ömür boyu ürəyini göynədər.
O üzdən gec olmadan sevginin qədrini bil,
Dünya apardığını daha qaytarmaz geri.
Yoxluğunda ağlamaq çarə olmaz heç kəsə,
Varlığında yaşat sən o ən gözəl günləri...
Hələ təsdiqlənmiş rəy yoxdur.