Xuraman Muradova

Xuraman Muradova - Yanlış Yerdə

Poeziya 07 Aug 2026 34
Xuraman Muradova - Yanlış Yerdə

Xuraman Muradova - Yanlış Yerdə

Yanlış Yerdə
Xuraman Muradova

Yanlış könüllərdə soldu neçə gül, neçə bahar,
Dəyər bilməyən əllərdə nə sevgi qalar, nə vüqar.

Qədrini bilən könüldə açar ümidin çiçəyi,
Sevgi ilə boy atdıqca gözəlləşər hər ləçəyi.

Hər bağçada çiçək olmaz, hər könül də yurd deyil,
İnsan dəyər gördüyü yerdə gül açar, dərd deyil.

Xuraman deyər: yanlış ünvanda qalmaq ömrə ziyan,
İnsan sevildiyi yerdə çiçək açar hər zaman.
Çiçək açar hər zaman

Oxucu rəyləri

Rəy yaz

Hələ təsdiqlənmiş rəy yoxdur.

“Bəzi sevgilər danışılmaz… sadəcə insanın nəfəsində yaşayır.”
- Xuraman Muradova