Xuraman Muradova

Xuraman Muradova: Xatirələrdə qalan...

Poeziya 28 Dec 2025 166
Xuraman Muradova: Xatirələrdə qalan...

Xuraman Muradova: Xatirələrdə qalan...

    (Bu şeirimi keçmiş illərin həsrətiylə yaşayanlara həsr edirəm...)

Hər kəs yeni ili gözləyən zaman,

Sən köhnə illərin xəyalındasan...

Təqvimlər dəyişər, adlar silinər,

Sənsə keçmişinin sorağındasan.


Şam yanar, arzular hey pıçıldaşar,

Gecə ümid geyər bayram libası.

Sən xatirələrə susub baxarsan,

Bayırda rüzgarlı bir qış havası.


Yeni il gözləyər, hər kəs sevinclə,

Təqvimlər də gülər yeni rəqəmlə.

Sən köhnə il üçün bir ah çəkərsən,

Qalarsan keçmişdə, xatirələrlə.


Hər saat həsrətlə xəbər alarsan,

Niyə sabahda yox, dünəndə varsan?

Unutma, yarımçıq arzular ki var,

Bayram libasında həsrətdə qalar…

Bayram libasında həsrətdə qalar…

            28 dekabr 2025-ci il


Oxucu rəyləri

Rəy yaz

Hələ təsdiqlənmiş rəy yoxdur.

“Dualarım susduğum yerlərin səsi oldu.”
- Xuraman Muradova