Xuraman Muradova

Xuraman Muradova - VƏTƏNİN MƏRD OĞULLARI

Poeziya 27 Jun 2026 61
Xuraman Muradova - VƏTƏNİN MƏRD OĞULLARI

Xuraman Muradova - VƏTƏNİN MƏRD OĞULLARI

Müqəddəs zirvədir Vətən adınız,
Üçrəngli bayraq müqəddəs andınız.
Siz vətəni candan uca sandınız,
Vətənin mərd, cəsur ər oğulları!

Yolunuz haqq yolu, ədalət yolu,
Qəlbiniz müqəddəs bir eşqlə dolu.
Sən ey torpağımın qeyrət simvolu,
Vətənin qeyrətli nər oğulları!

Günəş tək parlayıb, nur tək doğanım,
Cəsarət rəmzisən, şöhrətim, şanım.
Sən Zəfər müjdəlim, Qələbə anım,
Vətənin qəhrəman ər oğulları!

Şəhidlər ucaltdı Zəfər yolunu,
Qazilər yaşatdı məğrur adını.
Tarixə həkk etdi qəhrəmanlığı,
Vətənin basılmaz mərd oğulları!

Bu xalqın, millətin Mübariz səsi,
Babəkdən yoğrulub ruhu, nəfəsi.
Sizdən boy atıbdır Vətən sevgisi,
Vətənə can verən ər oğulları!
Qüdrətli, namuslu nər oğulları!

VƏTƏNİN OĞULLARI!..
VƏTƏNİN OĞULLARI!..
Dağ kimi əyilməz nər oğulları!
Od kimi alışan ər oğulları!
Qanıyla tarixə şərəf yazanlar,
Qələbə gətirən mərd oğulları!
Canıyla Vətəni yaşadanlar!

VƏTƏNİN OĞULLARI!..
VƏTƏNİN OĞULLARI!..

Oxucu rəyləri

Rəy yaz

Hələ təsdiqlənmiş rəy yoxdur.

“Xatirələr unudulmur… sadəcə insan onları ürəyinin dərinliyinə gizlədir.”
- Xuraman Muradova