Xuraman Muradova

Xuraman Muradova "Torpaqdı, Vətəndi müqəddəs andım!"

Poeziya 16 Oct 2025 286
Xuraman Muradova "Torpaqdı, Vətəndi müqəddəs andım!"

Xuraman Muradova "Torpaqdı, Vətəndi müqəddəs andım!"

Torpaqdı, Vətəndi müqəddəs andım, 

Yazdı tarixini qəhrəman Ordum.

Böyük Sərkərdəmin "Dəmir Yumruğu", 

Mənim Şah əsərim, mənim qürurum.


Başını uca tut, bayrağın kimi, 

Sən ey Ulu torpaq, ey Ana Vətən.

İgid oğulların bir nərəsiylə,

Aldı qisasını qana qan, Vətən.


Şöhrətin yayıldı qalib ölkə tək, 

Azadlıq adınla qoşa çəkildi.

Ruhumda yaşayan,  könlümdə bitən, 

Adın, adlar içrə başa çəkildi...

Oxucu rəyləri

Rəy yaz

Hələ təsdiqlənmiş rəy yoxdur.

“Mən həyatın məni dəyişdirməsinə yox, gücləndirməsinə icazə verdim.”
- Xuraman Muradova