
Xuraman Muradova - ÖZÜMLƏ XOŞBƏXTƏM
Mən özüm özümlə xoşbəxt oluram,
Çoxdan öyrənmişəm bu səadəti.
Kimsədən gözləməz könlüm təsəlli,
Ruhumda tapmışam öz məhəbbəti.
Tənhalıq dərd deyil, dərs olub mənə,
Sükut da sirdaşım, yol yoldaşımdır.
Hər gələn qəlbimdə iz qoya bilməz,
Özüm öz ömrümün sirdaşıyamdır.
Nə küsüb taledən ah-nalə çəkdim,
Nə də hər gedənin yolunu güddüm.
İncidim, susaraq yenə dikəldim,
Özümə dayaq tək özümü gördüm.
İndi nə kimsədən xoşbəxtlik umaram,
Nə də yad sevgiyə bağlaram könül.
Mən özüm özümlə xoşbəxt oluram,
Özünü tapanın solmaz heç gülü.
Hələ təsdiqlənmiş rəy yoxdur.