Xuraman Muradova

Xuraman Muradova "Özgəsi kimi"

Poeziya 14 Oct 2025 290
Xuraman Muradova "Özgəsi kimi"

Xuraman Muradova "Özgəsi kimi"

Bir baxışla başladı hekayəmiz,

Biz heç danışmadıq — ürək anladı.

Ayrıldıq, yarım qaldı hekayəmiz,

Dillər susdu, yalnız sükut ağladı.


Gələ bilməməkdən söhbət aç indi,

Gedə bilməməkdən söz açım sənə.

Sözüm yox, səssizlik qaldı qəlbimdə,

Susmağı, həsrəti öyrətdin mənə.


Hanı deyərdilər — sevgi bir yoldur,

Gedən dönməz, qalan unuda bilməz.

Bir baxışda doğulan o sevdalar,

Bir ömür yaşayar, yox ola bilməz.


Hər bahar səssizcə səni xatırlar,

Ruhum — sevgimizin kölgəsi kimi.

Bəlkə bir gün yollar yenə kəsişər,

Keçərəm yanından özgəsi kimi…

Keçərəm yanından özgəsi kimi…

Oxucu rəyləri

Rəy yaz

Hələ təsdiqlənmiş rəy yoxdur.

“Hər gülümsəməyin arxasında danışmayan bir hekayəm var.”
- Xuraman Muradova