
Xuraman Muradova - MƏZARDAN MƏKTUB GƏLƏR
Bir gün susar səni çağıran dillər,
Sənsiz də açılar bağçada güllər.
Bir ovuc torpağa sığar o illər,
Unudulmuş məzardan məktub gələr.
Dildə Allah deyib, ürək qıranlar,
Bir yetim ahına kar, kor olanlar,
Özünü dünyada ölməz sananlar,
Səs yetməyən diyardan məktub gələr.
Allahdan, Qurandan misal gətirər,
Nə xeyir, nə namaz, nə də ibadət.
Ömrünü əməlsiz sözlə bitirər,
Daşa dönmüş vüqardan məktub gələr.
Bir könül al, dünya malından əl çək,
Kəfənin cibinə nə qoyacaqsan?
Nə qədər gec deyil, bir yaxşılıq ək,
Torpaq olmuş bahardan məktub gələr.
Məzarlıqda şah da, nökər də yatar,
Torpaq şan-şöhrəti qoynuna qatar.
Hər yol sonda səssiz məkana çatar,
Sükut çökmüş məzardan məktub gələr.
Hələ təsdiqlənmiş rəy yoxdur.