
Xuraman Muradova-Mən elə bilmişdim
Gözümdə dünyanın rəngi ağ idi,
Mən elə bilmişdim solmaz bu naxış.
Ömrün hər fəsli bir bütöv yaz idi,
Bilməzdim, gələrmiş sazaqlı bir qış…
Zamanı ovcumda tutmuşdum möhkəm,
Düşündüm hər zaman xoşbəxtlik qalar.
Ruhumu bürüyən bu gizli möhnət,
Bilməzdim, sevgidən bir nişan qalar.
Ulduzlar sönməyən çıraqdır bəlkə,
Gecənin ömrünü sonsuz sanmışdım.
Mən elə bilmişdim kədər uzaqdı,
Özüm bu xəyala lap inanmışdım.
Mən elə bilmişdim o xoş illərim,
O şirin çağlarım çox uzun sürər.
Bir göz qırpımında keçdi hər nə var,
O xoşbəxt günlərdən tək xatirələr...
Bilməzdim bu ömür belə tez keçər,
Hər coşan dənizin sahili varmış.
Könlümə əbədi bahar gəlmişdi,
Bilməzdim ömrün də payızı varmış.
Çoxuna inandım, çoxuna yandım,
Ürək yalanları gerçək sanarmış.
Bilməzdim, ən böyük zərbəni insan,
Canı tək sevdiyi kəsdən alarmış.
Mən elə bilmişdim solmaz bu naxış.
Ömrün hər fəsli bir bütöv yaz idi,
Bilməzdim, gələrmiş sazaqlı bir qış…
Zamanı ovcumda tutmuşdum möhkəm,
Düşündüm hər zaman xoşbəxtlik qalar.
Ruhumu bürüyən bu gizli möhnət,
Bilməzdim, sevgidən bir nişan qalar.
Ulduzlar sönməyən çıraqdır bəlkə,
Gecənin ömrünü sonsuz sanmışdım.
Mən elə bilmişdim kədər uzaqdı,
Özüm bu xəyala lap inanmışdım.
Mən elə bilmişdim o xoş illərim,
O şirin çağlarım çox uzun sürər.
Bir göz qırpımında keçdi hər nə var,
O xoşbəxt günlərdən tək xatirələr...
Bilməzdim bu ömür belə tez keçər,
Hər coşan dənizin sahili varmış.
Könlümə əbədi bahar gəlmişdi,
Bilməzdim ömrün də payızı varmış.
Çoxuna inandım, çoxuna yandım,
Ürək yalanları gerçək sanarmış.
Bilməzdim, ən böyük zərbəni insan,
Canı tək sevdiyi kəsdən alarmış.
doğru