
Xuraman Muradova - KEÇMİŞİN İZİ, SABAHIN SÖZÜ
Keçmişi siləcək bir silgi yoxdur bu dünyada, bil;
Gələcəyi yazan bir qələm vardır, ona meyl et, könül!
Neçə ah çəksən də dönməz ötən günlər geriyə;
Taleyini səbirlə yaz, təslim olma heç vaxt qəmə.
Keçmişini danan insan öz kökündən qopub gedər;
İnamla qur sabahını, hər gün bir ümid gətirər.
Silgi yoxdur keçmiş üçün, lakin ümid sönməz bir nur;
Qələm yaradanda çalış öz bəxtini şərəflə qur!
Hələ təsdiqlənmiş rəy yoxdur.