Xuraman Muradova

Xuraman Muradova - İncitmə

Poeziya 23 May 2026 474
Xuraman Muradova - İncitmə

Xuraman Muradova - İncitmə

Hər fəna bir röyadır, ömürün sönər gur məşəli,
Zülm edən insana dönəcək bir gün bəd əməli.
Haqq divanında qurulsa ədalətin təməli,
İncidən könlün sınar bir gün, o canı incitmə.
Bu fəna dünya qalar, fani olar hər bir nəfəs,
Nə saraylar dad verər, nə də qızıldan xoş qəfəs.
Bağlanma hər bir xəyala, zülmə sən etmə həvəs,
Ötsə ömrün hər anı, gəlsə zamanı, incitmə.
Nəfsinə uymuş bəşər, qırma ürək sən birbəbir,
Bu yıxılmaq qorxusudur, bil ki, hər kəs can verir.
Dad sükutun ləzzətindən, bu fani dünya gedir,
Unutma sınaqdasan, fəqir insanı incitmə.
Hər könül bir parça can tək xaliqin mülkündədir,
Asimanın sirri gizli hər bəşər qəlbindədir.
Kim ki, duysa bu bəyanı, haqq onun elmindədir,
İmkan tapsan yaxşılıq et, sən bu dünyanı incitmə.
Ruhu boğsun qoy xəcalət, pisliyə sən vermə yol,
Yaxşılıq karvanı ol sən, hər qaranlıq qəlbə dol.
Hər yıxılmış kəsə əl tut, dar günündə arxa ol,
Mərhəmət nuru ilə parlan, sən dilsiz can incitmə.
Gəlsə mərhəmət könüldə, hər zaman sən haqqa dol,
Haqq yolunda düz yerisən, taparsan hər doğru yol.
Hər qaranlıq qəlbə nur saç, sən könüllər mülkü ol,
Lütf eylə hər fəqirə, qəlbi viranı incitmə.
Gəl bağışla hər günahı, qoy ucalısın haqq səsi,
Səbr elə, dünyada sınaqlar tapacaq hər kəsi.
Sındırarsan qəlbə dəysən həm bu mülkü, həm səsi,
Yaradanın əsəri canlı insanı incitmə...
Oxucu rəyləri

Rəy yaz

Hələ təsdiqlənmiş rəy yoxdur.

“Susmağım razılıq deyil… sadəcə dəyərimi hər yerdə xərcləmirəm.”
- Xuraman Muradova