Xuraman Muradova

Xuraman Muradova: "Hicabım Ruhumdur!"

Poeziya 27 Dec 2025 222
Xuraman Muradova: "Hicabım Ruhumdur!"

Xuraman Muradova: "Hicabım Ruhumdur!"

Ey hicabdan ruhu sıxılan kəslər,

Hicablı görəndə boğulan kəslər.

Bir parça örtükdən qorxan baxışlar —

Allahın yolunda bəs nə bağışlar?


Hicab bir sevgidir, iman nişanı,

Nəfsin yox, Allahın o da nişanı.

Bir parça örtükdən qorxan o kəslər,

Bilin ki, gələcək ölüm zamanı.


Sizmi günahdasız, yoxsa hicabmı?

Günah baxışlarda, niyyətdə, sözdə.

Hicaba daş atan şeytan qəlblilər,

Əxlaqı itirmiş gizli bir izdə.


Bir qadın örtülər Allaha xatir,

Daş atan bəs kimə qulluq eyləyir?

Hər kəs öz yolunu seçir dünyada,

Haqqı sonda Allah sübut eyləyir.


Hicab azadlığın rəhmət mövqeyi,

Hicab mənim susan fəxrim, ruhumdur.

Odur axirətə gedən düz yolum,

Qiyamət günündə qurtuluşumdur…

Oxucu rəyləri

Rəy yaz

Hələ təsdiqlənmiş rəy yoxdur.

“Susmağım razılıq deyil… sadəcə dəyərimi hər yerdə xərcləmirəm.”
- Xuraman Muradova