Xuraman Muradova

Xuraman Muradova - Bilirsənmi

Poeziya 24 May 2026 80
Xuraman Muradova - Bilirsənmi

Xuraman Muradova - Bilirsənmi

Hansı dərddir bu cahanda ən böyük qəm, bilirsənmi?
Köçsə insan, qəlbi nalan, gözləri nəm, bilirsənmi?


Söylənməmiş nəğmələr var, dildə fəryad eyləyən eşq,
Yazılmamış məktubumla qaldım həmdəm, bilirsənmi?


Gizli sevda bir ömür qaldı, o adsız, o soraqsız,
Yaşanmamış hisslər oldu cana məhrəm, bilirsənmi?


Çəkdi insan bunca həsrət, sirlərini aldı torpaq,
Budur acı, budur möhnət, budur matəm, bilirsənmi?


Ağlayar arxanca hisslər, var-dövlət eyləməz ah,
Ən ağır matəm o “kaş ki…” bir xatirəm, bilirsənmi?


Heyf o günlərdən ki, qorxdun, sevdiyini söyləmədin,
Gecikən o qollara susar zaman, bilirsənmi?


Çəkdin o qədər zəhməti, getdin bu fanidən,
Arxanca “heyif” desəm qopar tufan, bilirsənmi?


Bir gün gələr, sən də gedərsən bu cahandan peşman,
Məzara səninlə gedər sevgin mehman, bilirsənmi?


Mən gedəndə bu dünyadan, köçəcək qəlbimdə hicran,
Yaşanmamış sevgim mənə tutar matəm, bilirsənmi?


Son nəfəs gəldiyində daha yoxdur dönüşün heç,
Etdin bu ömrü xəyallara qurban, bilirsənmi bilirsənmi???

Oxucu rəyləri

Rəy yaz

Hələ təsdiqlənmiş rəy yoxdur.

“Mənim gücüm səsimdə deyil… sussam da ayaqda qalmağımdadır.”
- Xuraman Muradova