Xuraman Muradova "Bağışlamağı öyrənirəm"
Bir zamanlar küsgünlüyüm çox idi,Sözlərimdə sükut gizli qalmışdı.Hər gileyim qəlbdə daşa dönmüşdü,Ürəyimə küskünlük yol salmışdı.
İndi baxıram ki, ötüb o illər,O daşlarda çiçəyə dönüb bitib.Ağrılarım yumşalıb dualarda,İncikliklərim də tükənib bitib.
Baxdım xəyanətə… baxdım ağrıya,Gördüm… ürəyimdə sevgilər bitdi.Düşündüm… əgər mən bağışlamasam,Ömrüm də, günüm də… hədərə getdi.
Bağışlamaq — keçmişi silmək deyil,“Məni incitməkdən əl çək!” deməkdir.Ruhunda qaranlıq xatirələrə,“Bir yolluq uzaqlaş, çıx get!” deməkdir.
Bağışlamaq — qəlbdə ən gözəl anım,Öyrəndim bunları olub keçəndən.Bağışlamaqımla aldım intiqam,Ruhuma azadlığı bəxş eylədim mən.
Bağışladım dualar etmək üçün,Bağışladım Cənnətə getmək üçün.Bağışladım, Rəbbim də sevsin məni,Nurlara qərq olsun gecəm, gündüzüm.
Bağışladım — susmağı sevdim bu gün,Sükutun içində dindi gerçəyim.Bağışladıqca ruhum dincəldi,Açıldı Allaha dua əllərim.Açıldı Allaha dua əllərim…

Hələ təsdiqlənmiş rəy yoxdur.