Xuraman Muradova

Xuraman Muradova. Azərbaycan - Özbəkistan!

Poeziya 19 Mar 2025 420
Xuraman Muradova. Azərbaycan - Özbəkistan!

Xuraman Muradova. Azərbaycan - Özbəkistan!

Əzəldən bir qardaş  kimi, Yol gəlib, tarix yazmısız. Bu dünyanın haqq səsində,  Böyük şöhrət qazanmısız. Sizlə gözəlləşir cahan,  Azərbaycan, Özbəkistan!  Turana açılan sabah,  Haqqınızdan nur alıbdı. Bu qardaşlıq birliyiniz Turanlığa yol salıbdı. Bir ürəkdə iki cahan i Azərbaycan, Özbəkistan.  Vətən üçün söz mülküdür,  Nizamisi, Nəvaisi. Hər birisi bir xəzinə,  Hər birinin öz "Xəmsə"si. Xalqına olubdu dastan,  Azərbaycan, Özbəkistan!  Özbək ədəbi irsinin Məhəmməd Babur dühası.  "Baburnamə" əsəriylə Yaradıbdır söz dünyası. Könüllərə olub sultan, Azərbaycan, Özbəkistan.  Çoxəsrlik tarixiniz  Türk elinə bir örnəkdir. Amalınız, qüdrətiniz  Gələcəyə bir gerçəkdir Sizinlə səsləşir Turan, Azərbaycan, Özbəkistan!  Ərənliyin tarixində Bir dünyalıq adınız var. Bir qardaş tək Turan adlı Sevdanız var, andınız var. Fəxr edir sizlə Xuraman! Azərbaycan, Özbəkistan!
Oxucu rəyləri

Rəy yaz

Hələ təsdiqlənmiş rəy yoxdur.

“Sözünə laqeyd yanaşmaq — sənə ümid bağlayan qəlblərə gizli bir xəyanətdir.”
- Xuraman Muradova