Xuraman Muradova

Sənə məktub yazacam

Poeziya 17 Feb 2025 543
Sənə məktub yazacam

Sənə məktub yazacam

Sənə məktub yazacam...

Yazacam şirin dillə.

Könlünü ovunduran

Yazacam, üç-beş cümlə.

Sənə məktub yazacam...

Yağışın yağmasından.

Küləyin əsməsindən,

Günəşin doğmasından…

Nəbilim daha nədən,

Yazılası çox şey var….

Amma yazmayacam mən,

Sənə olan sevgimdən...

Sənə məktub yazacam,

Ya bu gün, ya da sabah.

Əsas odur yazacam,

Amma oxu, sən Allah.

Sənə məktub yazacam,

Xatirəmdəki izdən.

Sənə məktub yazacam,

Yerdən, göydən, dənizdən.

Sevdiyim nələr varsa

Yazacağam ondan mən.

Xəyallarda baş alıb

Gedən ümidlərimdən.

Sənə məktub yazacam,

Səndən uzaq yerlərdən.

Sənə məktub yazacam,

Sənsiz keçən günlərdən.

Amma yazmayacam mən

Sənə olan sevgimdən.

Oxucu rəyləri

Rəy yaz

Hələ təsdiqlənmiş rəy yoxdur.

<p>Sonda peşman olacağın şey,<br>sevdiyin insanlara, sevdiyin işlərə və arzularına daha çox vaxt ayırmamış olmaqdır.</p>
- Xuraman Muradova