Xuraman Muradova

Xuraman Muradovaya Qırğızıstan Respublikasının "Çingiz Aytmatov" medalı təqdim edildi

Məqalələrim 15 Mar 2025 595
Xuraman Muradovaya Qırğızıstan Respublikasının "Çingiz Aytmatov" medalı təqdim edildi

Azərbaycan və Türkiyə Yazıçılar birliklərinin üzvü, Özbəkistan Yazıçılar İttifaqının fəxri üzvü, Əlişir Nəvai adına Daşkənd Dövlət Universitetinin və Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru Xuraman Muradovanın "Vətən eşqi - Turan sevgisi" kitabının Özbəkistanın Daşkənd Dövlət Milli Kitabxanasında və Nizami Gəncəvi adına Dövlət Pedaqoji Universitetində təqdimat mərasimləri keçirilib. Təqdimat mərasimində Xuraman Muradovaya Qırğızıstan Respublikasının "Çingiz Aytmatov" medalı və Qırğızıstan Təhsil Nazirliyinin "Altun qələm" mükafatı təqdim edilib

“Hər gülümsəməyin arxasında danışmayan bir hekayəm var.”
- Xuraman Muradova
“Xatirələr unudulmur… sadəcə insan onları ürəyinin dərinliyinə gizlədir.”
- Xuraman Muradova