Xuraman Muradova

Xuraman Muradovanın təşəbbüsü ilə "VİP Milan hospital"da Ramazan ayı ilə əlaqədar xeyriyyə aksiyası keçirilib

Məqalələrim 25 Mar 2025 519
Xuraman Muradovanın təşəbbüsü ilə "VİP Milan hospital"da Ramazan ayı ilə əlaqədar xeyriyyə aksiyası keçirilib

Azərbaycan, Türkiyə Yazarlar Birliyinin üzvü, Özbəkistan Yazıçılar Birliyinin fəxri üzvü, VİP Milan Hospitalın rəhbəri Xuraman Muradovanın təşəbbüsü ilə martın 25-də VİP Milan Hospitalda Çek up müayinələri ödənişsiz olaraq həyata keçirildi.

Xeyriyyə aksiyasında çoxlu sayda vətəndaşlar iştirak edərək müayinələrdən keçdilər. Hospitalın rəhbəri Xuraman Muradova çek up müayinəsindən keçən insanlarla görüşərək onları müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib, onlara sağlam, firavan həyat arzulayıb.



.

“Xatirələr bəzən bir mahnıda, bir qoxuda, bir sükutda yenidən yaşayır.”
- Xuraman Muradova
“Bəzən bir dua insanın bütün həyatını dəyişər.”
- Xuraman Muradova