Xuraman Muradova

Xuraman Muradova Türk dünyasına Dünya Türkçülük günü münasibətilə təbrik ünvanlayıb

Məqalələrim 03 May 2025 596
Xuraman Muradova Türk dünyasına Dünya Türkçülük günü münasibətilə təbrik ünvanlayıb

🇦🇿🤝🇹🇷🇺🇿🇰🇬🇰🇿🇹🇲✨🧕📚📖🌹💫

Müəllif: XURAMAN MURADOVA 


Birlikdə yürürlər Kızılelma’ya, 

Qardaş Türkiyəylə, can Azərbaycan!

Qazax, Türkmən, Özbək, Qırğız da gəlir,

Qurulacaq mütləq, o böyük Turan!


Sönməyən çırağam , yanan ocağam,

Əslim Oğuz Türkü, məsləkim Turan!

Günəş kimi doğub yurdum üstünə,

Saçarım nurumu, rəhbərim Quran!

🧕✨💫🌷💖

Bu gün Türk dünyamızın əziz günü - Türkçülük Bayramıdır! Bu gün damarında Türk qanı, ürəyində Türkçülük eşqi, ruhunda Turan sevdası olanların bayramıdır!  Azərbaycanımızın, qardaş Türkiyəmizin, qardaş Özbəkistanın, Qazaxıstanın, Qırğızıstanın - bütün Türk dünyamızın bayramı mübarək olsun!

Nə mutlu Türk bayrağının kölgəsində yurd salana!

Nə mutlu Türküm deyənə!

Tanrı uca Türk millətimizi - Türk dünyamızı qorusun! Amin İnşAllah!

“Mən hər kəs kimi görünə bilərəm… amma hər kəs kimi deyiləm”
- Xuraman Muradova
“Bəzi insanlar həyatımızdan gedər… xatirələri isə bizimlə qalar.”
- Xuraman Muradova