Xuraman Muradova

Xuraman Muradova: “Nəriman Həsənzadənin vəfatı bütün Türk dünyasının ortaq kədərinə çevrildi”

Məqalələrim 01 Aug 2026 32
Xuraman Muradova: “Nəriman Həsənzadənin vəfatı bütün Türk dünyasının ortaq kədərinə çevrildi”

Bu acı xəbəri eşidəndə çox sarsıldım, çox üzüldüm. Xalq şairimiz, dəyərli ağsaqqalımız Nəriman Həsənzadənin haqq dünyasına qovuşması Azərbaycan ədəbiyyatı üçün ağır itkidir.

Azərbaycan ədəbiyyatının ətrafına böyük kölgə salan qocaman Dədə Palıd ağacı idi Nəriman Həsənzadə… Saflığın, ülviyyətin, səmimiyyətin, pak duyğuların şairi idi, dəyərli böyüyümüz, müdrik ağsaqqalımız idi. Ədəbiyyatımızda, cəmiyyətimizdə Nəriman müəllim kimi ağsaqqalın yeri həmişə görünəcək.

Mənim yaradıcılıq yolumda da Nəriman müəllimin xüsusi yeri vardı. Onun xoş sözü, mənəvi dəstəyi və sənətə verdiyi dəyər qələmimə inam bəxş etdi, məni daha çox yazmağa, sözə daha böyük məsuliyyətlə yanaşmağa ruhlandırdı. Yaşadığım ömür boyu Nəriman müəllimi dərin ehtiram, sonsuz sevgi və minnətdarlıq hissi ilə xatırlayacağam.

Uca Allahdan Nəriman müəllimə rəhmət diləyir, ailəsinə, doğmalarına və bütün ədəbi ictimaiyyətimizə dərin hüznlə başsağlığı verirəm. Məkanı cənnət, ruhu şad olsun. Amin.

“Mən həyatın məni dəyişdirməsinə yox, gücləndirməsinə icazə verdim.”
- Xuraman Muradova
“Vətən uğrunda axan göz yaşı da müqəddəsdir, axan qan da.”
- Xuraman Muradova