“Türk Dünyasının Onur- Şeref” medalına layiq görülən yazıçı Xuraman Muradova

İkinci Türk Dünyası Ədəbiyyatı və Kitab festivalında, Milan Hospitalın rəhbəri, sahibkar, xeyriyyəçi iş xanımı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Xuraman Muradova Türkiyənin Azərbaycandakı Fövqaladə və Səlahiyyətli Səfiri Cahit Bağcının təqdimatı ilə Türk Dünyası Onur-Şeref madalına layiq görülüb. Çox yüksək səviyyəli bu medalı Xuraman xanıma Cahit Bağcı özü təqdim edib. Xuraman xanımı biz də redaksiya olaraq ürəkdən təbrik edirik və ona yeni yaradıcılıq uğurları arzu edirik.
Qeyd edək ki, 5- 11 iyun tarixinədək davam edən festival çərçivəsində təşkil olunan kitab yarmarkasında müxtəlif nəşriyyatlar iştirak etdilər. Festival hər gün bir ölkənin adı ilə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Macarıstan günü kimi adlandırıldı. Eyni zamanda müxtəlif elmi konfranslar, simpoziumlar, şeir saatları, imza günləri təşkil olundu. Həmçinin builki festivalda ilk dəfə olaraq yay kinoteatrı formatında filmlərin nümayişi də təşkil olundu.
Festivala qatılan türk dünyasının tanınmış qələm sahibləri, həm qardaş ölkələrin ədəbi mühiti ilə daha yaxından tanış oldular və həm də özlərinin imza günlərini keçirdilər. İkinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının başlanğıcından etibarən yüzlərlə paytaxt sakini və qonaqlar festivalı ziyarət etdilər. Gün ərzində ən azı 4-5 yazıçı və şairin imza günü baş tutdu. Bu da festivala olan ictimai marağı daha da artırdı. Digər maraqlı məqamsa, festivalın hər gününün bir Türk xalqının ədəbiyyatına həsr olunması oldu.
Milan Hospitalının rəhbəri, sahibkar, iş adamı, Azərbaycan Yazıçılat Birliyinin üzvü, şair, nasir Xuraman xanım Muradaovanın "Onur-Şərəf” madalı ilə təltif olunması tamaşaçılar tərətindən də çox maraqla qarşılandı. Sonra sözləri Xuraman Muradovaya məxsus olan "Sənə məktub yazacam” mahnısını ifa edən tanınmış müğənni Mirələm Mirələmovun ifası da gurultulu alqışlarla qarşılandı.
Son beş ildə bədii yaradıcılıqla daha ciddi məşğul olan Xuraman xanım Muradovanın yazdığı şeirlər, poemalar, nəsr əsərləri, aforizmlər oxucuların böyük marağına səbəb olur. Onun sözlərinə yazılan mahnılar isə tamaşaçıların sevə-sevə qulaq asdığı mahnılardır.
Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi

“Bəzi dualar gecikər… çünki Allah ən doğru zamanı gözləyər.”
- Xuraman Muradova