Xuraman Muradova Xalq yazıçısı Çingiz Abdullayevin təqdimatında...

Xuraman xanımı tanımaq mənim üçün xüsusi bir hadisə oldu...
"Mən fəxr edirəm ki, Azərbaycanımızın Xuraman xanım Muradova kimi qeyrətli xanımları var. Mən Xuraman xanımın ədəbi yaradıcılığı ilə yanaşı onun fəaliyyətini də çox yüksək qiymətləndirirəm. Neçə-neçə qazilərə, şəhid ailələrinə Xuraman xanımın göstərdiyi misilsiz köməkliklər həm Azərbaycan Yazıçılar Birliyində, həm bizim yaradıcı adamların birləşdirdiyi PEN Klubda müzakirə olunduqca hər birimiz tərəfindən çox rəğbətlə, alqışla qarşılanıb. "
Bu sözləri xalq yazıçısı Çingiz Abdullayev xanım şairə, eynizamanda “VİP Milan Hospital”ın təsisçi direktoru Xuraman xanım Muradovanın yaradıcılığı haqqında danışarkən deyib.
"Azərbaycan Yazıçılar Birliyindən ildə bir dəfə bir qələm adamına Humay Mükafatı verilir. Bu il Humay Milli Mükafatına Xuraman xanım layiq görüldü. Mən çox fəxr elədim ki, “Humay Milli Mükafatı”nı Xuraman xanıma şəxsən özüm təqdim etdim.
İstedadlı adamlar bizim ədəbi mühitimizdə çoxdur. Amma istedadlı olmaqla bərabər həm də əsl insani keyfiyyətlərə sahib olmağı bacarmaq hər adama nəsib olmur. Xuraman xanım ən yüksək keyfiyyətləri özündə birləşdirir. Mənim üçün Xuraman xanımı tanımaq, sözün həqiqi mənasında bir hadisə oldu. Çünki şərt təkcə imkanın olmağı deyil, biz çox imkanları olan amma kimsəyə əl tutmayan adamları da tanıyırıq. Amma Xuraman xanıma həqiqətən hər şey halal olsun, o bütün imkanları daxilində insanlara köməkliklər edir. Bu qədər xeyir əməllər sahibi olmağı onun istedadına güc qatır, əzəmət qatır.
Onun şairə kimi, yazıçı kimi, publisist kimi, xeyriyyəçi bir insan kimi fəaliyyəti çox böyük və parlaqdır. Mən Xuraman xanıma möhkəm can sağlığı və yaradıcılıq uğurları arzulayıram!
“Bəzi sevgilər danışılmaz… sadəcə insanın nəfəsində yaşayır.”
- Xuraman Muradova