Prezident Kitabxanasında Xuraman Muradovanın "Əsrə bərabər 20 il" kitabı xüsusi guşədə oxuculara təqdim edilib
18 February 2025
Mən bir sınıq güzgü tək min yerə bölünmüşəm,
Hər parçamda bir acı, hər parçamda bir kədər.
Kim bilir bəlkə min yol ölmüşəm, dirilmişəm,
Kim bilir bu sükutum haraya qədər gedər?
Doğmalar dünyasında bir "yad" kimi yaşamaq,
Hər kəsə doğma olub, özünə yad qalmaqdır.
Ən ağır fəlakətdir doğmadan dərd daşımaq,
Gözü gülən yaşda da qəlbi küsgün qalmaqdır.
Demirəm ki, gəlin siz, mənim dərdimi çəkin,
Mənim çəkdiyim yükün altında əzilərsiz.
Bir azca anlasanız, bir azca da duysanız,
Ruhunuz dözə bilməz, dünyadan küsərsiniz.
Ey məni "var" bilənlər, sizin üçün yoxam mən,
Ruhum bir quş misalı, çoxdan uçub gedibdir.
Mən öz xatirələrim içində boğulmuşam,
Həyat mənim ömrümü elə hey incidibdir.
Elə yaxınlar var ki, onlardan ürək incik.
Doğmaların səsindən yad bir nida qalacaq,
Üstümə ələnəndə o soyuq, ağappaq qar,
Ürəyin sızıltısı məndən uzaqlaşacaq...
Məni bağışlayın ki, çox sözü demədim mən,
Düşündüm ki, inciyər, birdən qəlbiniz yanar.
Mən səssizcə gedərəm, heç kimə görünmədən,
Arxamca yalnız mənim həsrət, sükut boylanar.