Prezident Kitabxanasında Xuraman Muradovanın "Əsrə bərabər 20 il" kitabı xüsusi guşədə oxuculara təqdim edilib
18 February 2025
Yarım qalan o sevgilər,
Bir sükutun nəğməsidir.
Göy üzündə süzən quşun,
Kəsilmiş son nəfəsidir.
Tale bizə məktub yazıb,
Mürəkkəbi kədər oldu.
Susdu zaman, susdu həsrət,
Onu duyan ürək oldu.
Nə əlvida deyə bildik,
Nə də geri dönə bildik.
Yarımçıq bir cümlə kimi,
Boşluqlarda sönə bildik.
İndi hər şey bir kölgədir,
Yaddaşlarda donub qalan.
Yarım qalan o sevgilər –
Doğru kədər, şirin yalan...
Tozlanıbdı xatirələr,
Gözlərimiz yorulubdur.
O vaxt yarım qalan sevda,
İndi bizə dərd olubdur.
Zaman qaçmır, zaman durur,
Biz keçirik bu ömürdən.
Ürək hələ qəlpə yığır,
O qırılmış son ümiddən.
Bir kənd var ki, yaddaşımda,
Uşaqlığım donub qalıb.
Mən o kənddə doğulmuşam,
Gəncliyimi məndən alıb.
Yolum keçmir o tərəfə,
Bağlanıbdır bütün yollar.
Xəyalımda oyananda,
Məni kənddəkilər yoxlar…
Nə o qapı köhnə qapı,
Nə o həyət, nə o divar.
O yerlərdə məndən özgə,
Bəlkə məni gözləyən var.
Tale bizə ömür verib,
Ürəyimiz yorulubdur.
Yarım qalan o sevgilər,
İndi bizə dərd olubdur...