Prezident Kitabxanasında Xuraman Muradovanın "Əsrə bərabər 20 il" kitabı xüsusi guşədə oxuculara təqdim edilib
18 February 2025
(Bu şeirimi keçmiş illərin həsrətiylə yaşayanlara həsr edirəm...)
Hər kəs yeni ili gözləyən zaman,
Sən köhnə illərin xəyalındasan...
Təqvimlər dəyişər, adlar silinər,
Sənsə keçmişinin sorağındasan.
Şam yanar, arzular hey pıçıldaşar,
Gecə ümid geyər bayram libası.
Sən xatirələrə susub baxarsan,
Bayırda rüzgarlı bir qış havası.
Yeni il gözləyər, hər kəs sevinclə,
Təqvimlər də gülər yeni rəqəmlə.
Sən köhnə il üçün bir ah çəkərsən,
Qalarsan keçmişdə, xatirələrlə.
Hər saat həsrətlə xəbər alarsan,
Niyə sabahda yox, dünəndə varsan?
Unutma, yarımçıq arzular ki var,
Bayram libasında həsrətdə qalar…
Bayram libasında həsrətdə qalar…
28 dekabr 2025-ci il