Prezident Kitabxanasında Xuraman Muradovanın "Əsrə bərabər 20 il" kitabı xüsusi guşədə oxuculara təqdim edilib
18 February 2025
Çağdaş Azərbaycan ədəbiyyatının canlı klassiki, söz sənətimizin uca zirvələrindən biri olan Anar müəllimin 88 illik ömür yolu bütöv bir ədəbi epoxanın mənəvi salnaməsidir. Onun əsərləri ilə böyüyən nəsillər insan ruhunun dərinliyini, həyatın mənasını və milli düşüncənin incəliyini daha yaxından dərk etmişdir.
Böyük şair Rəsul Rzanın vətənpərvər ruhunu və müdrikliyini, görkəmli şairə Nigar Rəfibəylinin zərif poetik duyumunu yaradıcılığında yaşadan Anar müəllim bu gün də Azərbaycan ədəbiyyatının canlı məktəbi, sözün və düşüncənin böyük müəllimi kimi öz işıqlı missiyasını davam etdirir.
Hörmətli Anar müəllimi 88 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və Azərbaycan söz sənətini yeni-yeni əsərlərlə zənginləşdirəcək ilhamlı illər arzulayıram.
Dərin hörmət və ehtiramla,
Xuraman Muradova
Azərbaycan və Türkiyə Yazıçılar Birliyinin üzvü, Özbəkistan Yazıçılar Birliyinin fəxri üzve
Türk Dünyası Qadın Şairlər Birliyinin Başqanı