Blog Post Image

Xuraman Muradova: Vermə kasıb qəlbə, böyük sevgini…

Vermə kasıb qəlbə böyük sevgini 

O dar hücrələrdə günəş də sönər.

Sənin ümman qədər o böyük eşqin,

Sahili olmayan boşluğa dönər.


İncini hər yetən ovuca atma,

Qədri bilinməyən xəzinə solur.

Bəzən ən möhtəşəm duyğu selinə,

Kiçik bir ürəkdə bəndlər vurulur.


Boşuna xərcləmə ömür payını,

Sevgi dünyasının sədəqəsi yox.

Kasıb bir ürəyin bitməz oyunu,

Sənin məhəbbət tək həqiqətin çox.


Sən axan çeşməsən, sərinsən, safsan,

O dar bir qədəhdir, daşar bir anda.

Nə qədər ucaltsan, nə qədər baxsan,

Kor olar qəlbində yanan ocaq da…


Get öz ümmanında ləpələn, çağla,

Daha bu səhraya yağış tək yağma.

Qəlbinin yarasın eşqinlə bağla,

Ruhu yoxsullara sevgili olma.