Əsas Səhifə
HAQQIMDA
MÜKAFATLAR
ŞEİR VƏ KİTABLAR
QALEREYA
AZƏRBAYCAN
AZƏRBAYCAN
Русский язык
Xuraman Muradova: Uzaqlarda Sevdamsan...
Əsas Səhifə
Xuraman Muradova: Uzaqlarda Sevdamsan...
Xuraman Muradova: Uzaqlarda Sevdamsan...
21 January 2026
Şeirlərim
(Uzun illərdir uzaqlardan yazılan sevginin ifadəsi)
Yazırsan ki, sən mənim uzaqlarda sevdamsan,
Əl çatmaz mənzilimsən, yetişməyən duamsan.
Yollar yorub dizimi, həsrət büküb belimi,
Sən mənim bu dünyada tənha qalan dünyamsan.
Baxışların xəyalda, özün isə uzaqda,
Adın sönməz bir ocaq, buz bağlayan otaqda.
Hər gecə yuxulardan sorağımı alırsan,
Sən mənim buz ürəyim, od tutan ocağımsan.
Yazırsan ki, xəyalsan, dumanlarda itmisən,
Məni məndən almısan, uzaqlara getmisən.
Uzadaram əlimi, boşluqları qucaqlar,
Sanki bir röyasan ki, gözlərimdə bitmisən.
Yazırsan bəlkə yoxsan, bir sızıltı, bir ahsan,
Mənim bitməz gecəmdə açılmayan sabahsan.
Məsafələr qısalmaz, yollar gəlib birləşməz,
Sən mənim taleyimdə ən müqəddəs günahsan.
Yazırsan , Uzaqlardan həsrətin kül eyləyər,
Lal olan bu sevgimi fəğanın lal eyləyər.
Vüsal məhşərə qalmış bir gizli sevdamsan sən,
Səni sevmək ölümsə,ölümümlə varam mən.
Müəllif: Xuraman Muradova
Axtarış
Categories
Şeirlərim
(69)
Məqalələrim
(34)
Kitablarım
(15)
Digər yazılar
Prezident Kitabxanasında Xuraman Muradovanın "Əsrə bərabər 20 il" kitabı xüsusi guşədə oxuculara təqdim edilib
18 February 2025
Xuraman Muradova "Bayrağım"
17 February 2025
Xuraman Muradova: Müzəffər Ali Baş Komandanımızın Şuşa şəhərində məscidlərin açılışını etməsi xalqımıza böyük Ramazan hədiyyəsidir!
18 February 2025
Linki paylaş: