Prezident Kitabxanasında Xuraman Muradovanın "Əsrə bərabər 20 il" kitabı xüsusi guşədə oxuculara təqdim edilib
18 February 2025
(Uzun illərdir uzaqlardan yazılan sevginin ifadəsi)
Yazırsan ki, sən mənim uzaqlarda sevdamsan,
Əl çatmaz mənzilimsən, yetişməyən duamsan.
Yollar yorub dizimi, həsrət büküb belimi,
Sən mənim bu dünyada tənha qalan dünyamsan.
Baxışların xəyalda, özün isə uzaqda,
Adın sönməz bir ocaq, buz bağlayan otaqda.
Hər gecə yuxulardan sorağımı alırsan,
Sən mənim buz ürəyim, od tutan ocağımsan.
Yazırsan ki, xəyalsan, dumanlarda itmisən,
Məni məndən almısan, uzaqlara getmisən.
Uzadaram əlimi, boşluqları qucaqlar,
Sanki bir röyasan ki, gözlərimdə bitmisən.
Yazırsan bəlkə yoxsan, bir sızıltı, bir ahsan,
Mənim bitməz gecəmdə açılmayan sabahsan.
Məsafələr qısalmaz, yollar gəlib birləşməz,
Sən mənim taleyimdə ən müqəddəs günahsan.
Yazırsan , Uzaqlardan həsrətin kül eyləyər,
Lal olan bu sevgimi fəğanın lal eyləyər.
Vüsal məhşərə qalmış bir gizli sevdamsan sən,
Səni sevmək ölümdür, ölümüm var eyləyər.
Müəllif: Xuraman Muradova