Prezident Kitabxanasında Xuraman Muradovanın "Əsrə bərabər 20 il" kitabı xüsusi guşədə oxuculara təqdim edilib
18 February 2025
Bu torpaq susmadı, torpaq ağladı,
Hər daşın altında min nalə qaldı.
Bir tarix danışır, qanla yazılmış,
Sükutun içində fəryad ucaldı.
Laylalar yarımçıq qaldı o gecə,
Beşiklər sallandı — körpə yox idi.
Torpağa sarılıb ana ağladı,
“Balama toxunma…” deyən yox idi.
Küləklər gətirdi yanıq qoxusu,
Ev-ev dolaşırdı qopan fəryadlar.
Şamaxı alışdı, Quba qan içdi,
Göylər də ağladı, susdu fəryadlar.
Günəş də utandı doğmağa o gün,
Torpaq da qızardı qanın rəngində.
İnsanlıq susaraq baxdı o günə,
Yer-göy də boyandı qanın rəngində.
Şuşa — Qarabağın qəlbində yara,
Kəndlər susduruldu, yollar boşaldı.
Dağlara, daşlara səssiz dərd çökdü.
Xalqımın harayı dağlarda qaldı.
Lənkəran ağladı dəniz səsində,
Cənub da yaşadı bu qara günü.
Salyan da titrədi od nəfəsində.
Al- qana boyandı yurdumun günü.
Zəngəzur, Göyçədə qaldı dərin iz,
Naxçıvan sərhəddə yanan bir ocaq.
Hər addım bir yara, hər yara bir iz,
Kəndlərdə dolaşdı ölüm adbaad.
Bu adlar sadəcə məkan deyil ki,
Bu adlar millətin yanğısı oldu.
Otuz bir Mart qanla tarixə düşdü,
Xalqımın qanlı bir yaddaşı oldu.
Şamaxı yananda göylər qaraldı,
Məscidlər, evlərdə oda qalandı.
Bir şəhər yox oldu gecə içində,
Millətin ruhu da odlarda qaldı.
Quba torpağında susan min səs var,
Adı bilinməyən min-min nəfəs var.
Hər qarış torpaqda bir ana ahı,
Hər məzar daşında gizli bir səs var.
Dünya, sənin susmağın cinayətdir,
Bu qanı görməyən göz də günahkar.
Biz unutmadıq heç - Qan yaddaşımız
Bu haray əsrlər boyu yaşayar.
Bu qan yerdə qalmaz, silinməz yaddaş,
Hər şəhid məzarı bir qeyrət daşı.
Zamanın hökmüylə, şükür bu günə,
Zəfərlə silindi millətin yaşı!