Blog Post Image

Xuraman Muradova: Sev o cananı ki, sənə can qurban eyləyir... (Qəzəl)

Sev o cananı ki, sənə can qurban eyləyir,

Çırpınır eşqin yolunda, qəlbi üsyan eyləyir.


Varkən et hörmət ona, qədrini bil, can tək əziz,

Gör necə səbrin sənə hər ləhzə ehsan eyləyir.


Gəlsə hicran vədəsi, sevmək nəyə lazımdır, ah?

Gedən öz gedişiylə mülkünü viran eyləyir.


Mən bu aləmdə gəzib gördüm ki, bir həqiqət var,

Dönməz o ötən günlər, ürəyə fərman eyləyir.


Gözlərin yollarda qalsa, fayda verməz nalələr,

Gedən söndürər çırağı, qəlbi viran eyləyir.


Yad edib keçmişləri hər dəm ürək qan ağlayar,

Xatirə gəlib yenə ruhu pərişan eyləyir.


Getdi o gözəl günlər, atam, anam, bacım ilə,

Xuraman  könlünü dərdlə pərişan eyləyir.