ГЛАВНАЯ СТРАНИЦА
ОБО МНЕ
НАГРАДЫ
СТИХИ И КНИГИ
ГАЛЕРЕЯ
Русский язык
AZƏRBAYCAN
Русский язык
Xuraman Muradova "Salama gələr..."
Главная страница
Xuraman Muradova "Salama gələr..."
Xuraman Muradova "Salama gələr..."
09 October 2025
Şeirlərim
Bəzən düşünməyə başladığın an,
Buludlar, yağmurlar salama gələr.
Göylərdən əl eylər doğan günəş, ay,
Yerdə çiçəklər də ilhama gələr.
Bəzən bitmək bilməz dərd də, qayğı da,
Yağış tək fikirlər üstünə yağar.
Amma unutma ki, yağışdan sonra,
Rəngli göy qurşağı səmaya çıxar.
Bəzən gözlərində susar xəyallar,
Deşər ürəyini ümid yelləri.
Dolmuş baxışında boş arzuların,
Uzanar sən sarı soyuq əlləri.
Bəzən də həyatın gülər üzündə,
Taparsan taleyin ağ yelkənini.
Dönərsən payızın xəzan yelinə,
Çəkəndə dalğalar sahilə səni.
Bu dünya rəngbərəng, bu dünya sirli,
Bir udum nəfəs tək rəngi ağ, qara.
Baxıb ürəklərin payız ömrünə,
Çəkəsən həsrəti bir ucdan dara.
Bəzən yolların da qatar səsini,
Yığırsan qəlbinin daş hasarına...
Bəzən çiçəklənən xoş arzular da,
Neyləsən, yenə də gəlmir karına...
Поиск
Categories
МОИ СТАТЬИ
(1)
Другие статьи
Хураман Мурадовой вручена медаль КР «Чингиз Айтматов»
17 March 2025
Поделитесь ссылкой: