Prezident Kitabxanasında Xuraman Muradovanın "Əsrə bərabər 20 il" kitabı xüsusi guşədə oxuculara təqdim edilib
18 February 2025
Yalançı, qorxaq üçün qəlbini yaşatma sən,
Ömür qısa, zaman az, hər anı bir dəyərdir.
Sonra düzələr deyib, özünü aldatma sən.
Saxta sevgi, boş vədələr ruhun üçün kədərdir.
Vicdanını təmiz tut, ucalt öz mənliyini,
Dünya bir imtahandır, hər kəs öz yolun seçər.
Namərdlərin yanında itirmə mənliyini,
Saxtakarın ömrü də bahar gəlmədən keçər.
Gözlərinə baxanda yalanı görməlisən,
Qorxaqların kölgəsi qəlbinə düşməsin heç.
Gerçəklərin həqiqət, sən onu seçməlisən.
Doğru yolun yolçusu olmaqdan sən qorxma, keç.
Könül mülkün müqəddəs, hər gələnə açma sən,
Yalanın kölgəsində gerçəklərdən qaçma sən,
Bir dildə yalan varsa, varlığı da yalandır.
Yalançı, qorxaq üçün qəlbini yaşatma sən.
Dil başqa, qəlbi başqa olanlardan uzaq dur,
İnsan özü-özünə ən böyük bir aynadır
Doğru sözün qılıncdır, hiyləni onunla vur,
Saxtalığın sonu yox, qaranlıq bir dünyadır…