Prezident Kitabxanasında Xuraman Muradovanın "Əsrə bərabər 20 il" kitabı xüsusi guşədə oxuculara təqdim edilib
18 February 2025
Kiminə zər-ziba, kiminə daş-qaş,
Kiminə şirin söz yetsə, bəs eylər.
Qəlbi kasıb olan dünyanı yığsa,
Yenə də ruhuna dar qəfəs eylər.
Varlı görünsə də, ruhu dar, yenə,
İçində xeyiri boğular, solar.
Sənin yaxşılığın ona yük kimi,
Əsl zənginliyi anlamaz onlar.
Milyonun içində fəqir alandır,
Uzaq dur, ey könül, boş sifətlərdən,
Mərifət elmindən xəbəri yoxdur,
Qəlbi uzaq düşüb məhəbbətlərdən.
Əvvəl kasıb idi, dardı ürəyi,
Sonradan varlandı — dəyişmədi var.
Əli dolu oldu, amma könlü boş,
Qəlbi kasıblara nə dövlət, nə var.
Xuraman, ömür bir anlıq səfərdir,
Könül zənginliyi böyük dəyərdir.
Qəlbi varlılarla yaşa ömrünü,
Qəlbi kasıblarla ömür hədərdir…