Blog Post Image

Xuraman Muradova: Qarabağa dönüş yolu...

Bu yol təkcə daşdan, torpaqdan deyil,

Bu yol ürəyimdən keçir, Vətənə.

Susmuş nəğmələrin səsi oyanıb,

Qarabağ deyəndə titrəyir yenə.


Bu yol şəhidlərin qanından keçər,

Dualar qarışar hər bir nəfəsə.

Daş danışar, torpaq sirləri açar,

Qayıdış yazılar tarixi səsə.


Bayraq dalğalanar dağlar başında,

Ümid çiçək açar hər viran yerdə.

Bu yol qələbəmiz möhürlənmiş ad

Əbədi səslənər vətən dilində…


Bu yol Qarabağa dönüş yolumdur,

Yorulmaz addımlar susmaz izimdə,

Gecələr ümidlə işıqlananda,

Səhər yenə doğar Vətən gözümdə.


Bu yol bitməyəcək dualarım tək,

İllərlə həsrətli inamın səsi.

Vətən deyə-deyə yaşanar ömür,

Torpaqla bir olar insan nəfəsi.