Blog Post Image

Xuraman Muradova: Könül güzgüsü...

Kim kimdirsə onu tək yaradan Allah bilər,

Kimlərsə sevməyən kəs  sənə xoş gələ bilər.

Hər kəsin bir dərdi var, hər kəsin bir aləmi,

Sükutla keçən fəryad göz yaşın silə bilər.


Zahirdə olan rəngə aldanıb hökm etmə tez,

Bəlkə o qara daşda bir inci gülə bilər.

İnsan baxar zahirə, eyb axtarar hər zaman,

Mövla isə bəndənin qeydinə qala bilər.


Hər könül bir sirr saxlar, açılmaz hər yetənə,

Dərdli dərdilə yaşar dərdini naçar bilər.

Sən ürəyin səsinə qulaq asıb addımla,

Haqqın nuru o bağlı yolları aça  bilər.


İnsana bel bağlama səni tərk edə bilər.

Haqq mizanı tərəzi, hər şey   düz ola bilər.

Sən  unutma  Rəbbini  onunla baş-başa qal,

Sənin kim olmağını təkcə O bilə bilər.