Blog Post Image

Xuraman Muradova: Başqa yol yoxdur...

Ey iman sahibi, haqq yolu gözlə,

Haqqa rəsuluna xəyanət etmə.

Sənə tapşırılan hər əmanəti,

Bilərək zay edib, günaha getmə.


Kimin ki, tövbəsi səmimi olar,

Ruhu günahlardan paklanıb dolar.

Sanki bu dünyaya yeni gəlibdir,

Tanrı dərgahında o, əziz olar.


Sığındım Sənə mən, uca Yaradan,

Faydasız elmdən uzaq tut məni.

Doymayan nəfisdən, daşlaşan qəlbdən,

Qəbulsuz duadan hifz et bəndəni.


Bağışla, İlahi, səhvlərimizi,

Sənsiz bu dünyaya ümid də  yoxdur.

Nə varsa fanidir, nə varsa keçər,

Yollar tək Sənədir — başqa yol yoxdur.