ГЛАВНАЯ СТРАНИЦА
ОБО МНЕ
НАГРАДЫ
СТИХИ И КНИГИ
ГАЛЕРЕЯ
Русский язык
AZƏRBAYCAN
Русский язык
Xuraman Muradova. Azərbaycan - Özbəkistan!
Главная страница
Xuraman Muradova. Azərbaycan - Özbəkistan!
Xuraman Muradova. Azərbaycan - Özbəkistan!
19 March 2025
Şeirlərim
Əzəldən bir qardaş kimi,
Yol gəlib, tarix yazmısız.
Bu dünyanın haqq səsində,
Böyük şöhrət qazanmısız.
Sizlə gözəlləşir cahan,
Azərbaycan, Özbəkistan!
Turana açılan sabah,
Haqqınızdan nur alıbdı.
Bu qardaşlıq birliyiniz
Turanlığa yol salıbdı.
Bir ürəkdə iki cahan i
Azərbaycan, Özbəkistan.
Vətən üçün söz mülküdür,
Nizamisi, Nəvaisi.
Hər birisi bir xəzinə,
Hər birinin öz "Xəmsə"si.
Xalqına olubdu dastan,
Azərbaycan, Özbəkistan!
Özbək ədəbi irsinin
Məhəmməd Babur dühası.
"Baburnamə" əsəriylə
Yaradıbdır söz dünyası.
Könüllərə olub sultan,
Azərbaycan, Özbəkistan.
Çoxəsrlik tarixiniz
Türk elinə bir örnəkdir.
Amalınız, qüdrətiniz
Gələcəyə bir gerçəkdir
Sizinlə səsləşir Turan,
Azərbaycan, Özbəkistan!
Ərənliyin tarixində
Bir dünyalıq adınız var.
Bir qardaş tək Turan adlı
Sevdanız var, andınız var.
Fəxr edir sizlə Xuraman!
Azərbaycan, Özbəkistan!
Поиск
Categories
МОИ СТАТЬИ
(1)
Другие статьи
Хураман Мурадовой вручена медаль КР «Чингиз Айтматов»
17 March 2025
Поделитесь ссылкой: