Blog Post Image

Xuraman Muradova: Allah yol açandır!

Səbr eylə, açılar  qapılar bir gün,

Ümidlər yaşayar son nəfəsədək.

Allah gecikdirər, amma unutmaz,

Hər qaranlığında bir sabahı var.


Sınan qəlb ən güclü qəlbə çevrilər,

Dualar səssizcə yollar açandır.

Kim demiş ki, qapılar bağlı qalar?

Allah ən möhtəşəm, ən yol açandır.


Dualar taleyin gizli açarı,

Qəlbdən çıxan söz göylərə götürər.

İnamla deyilən dualar susmaz,

Qaranlıq gecədən nura götürər.


Yollar uzansa da yön dəyişməz haqq.

İnamla yaşayan heç vaxt itirməz.

Bəndə yorulsa da, yetişər Allah.

O sevdiyin yarı yolda bitirməz.

O sevdiyin yarı yolda bitirməz.